4 ölkənin hərbi gəmiləri Xəzərdə - Fotolar

28 İyul 2018 10:28 (UTC+04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, hərbi dənizçilər üzən minaların məhv edilməsi məqsədilə ilkin artilleriya atışları icra edib, eləcə də gəmilərin müxtəlif üsullarla yanalmasını məşq etdiriblər.

Növbəti hazırlıq mərhələsində gəmi heyətləri dəniz və hava hədəflərinə artilleriya atışlarını, habelə heyətlərin sağqalma qabiliyyətini məşq etdirəcəklər.