Tacikistan prezidenti Azərbaycana gəlir - Tarix açıqlandı

28 İyul 2018 10:32 (UTC+04:00)

APA-nın məlumatına görə, səfər avqustun 9-na planlaşdırılır.

Bildirilir ki, Tacikistan prezidentinin Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında bəzi sənədlərin imzalanması gözlənilir.

Qeyd edək ki, avqustda Tacikistan prezidenti E. Rahmonun Özbəkistan və Türkmənistana da səfəri planlaşdırılıb.

AzNews.az