Ölümdən qaça bilmədilər...

28 İyul 2018 10:55 (UTC+04:00)

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Çinin Xançjou şəhəri yaxınlığında güclü tufandan qorunmağa çalışanlar qapalı körpünün altına sığınıblar. Lakib gözlənilmədən dam uçub və bu zaman 8 nəfər ölüb, 3-ü isə yaralanıb.

Daha böyük tələfatın qarşısını almaq üçün əraziyə 90 yanğınsöndürən, 500 polis əməkdaşı, 1250 həkim və yerli könüllülər cəlb edilib. Xilasedicilər dağıntılar altından 11 nəfər çıxarıb, hamısı xəstəxanaya yerləşdirilib.

AzNews.az