Rusiya ilə Çin vizasız rejimə keçə bilər

28 İyul 2018 11:33 (UTC+04:00)

Trend-in məlumatına görə, bu barədə Rusiya Federasiyasının turizm üzrə Federal Agentliyi rəhbərinin müavini Nikolay Korolyov deyib.

Onun sözlərinə görə, bu, iki ölkə arasında turizmin genişlənməsinə, turistlərin sayının artmasına təsir göstərəcək.

O deyib: "Çin tərəfi ilə əsas məsələlər artıq razılaşdırılıb, daha bir neçə işçi görüş keçiriləcək".

AzNews.az