Gürcüstanda strateji neft və qaz kəmərləri belə qorunur - Fotolar

28 İyul 2018 12:14 (UTC+04:00)

APA-nın yerli bürosunun məlumatına görə, təlimin məqsədi strateji qaz və neft kəmərlərinin mühafizəsi üzrə hazırlığın yoxlanılması və gücləndirilməsidir.

Təlim zamanı konkret insident üzrə kompleks tapşırıqlar yerinə yetirilib.

Təlimdə daxili işlər nazirinin müavini Merab Malania, Strateji Boru Kəmərlərinin Mühafizəsi Departamentinin rəhbərliyi və BP şirkətinin təhlükəsizlik üzrə nümayəndələri iştirak edib.

Qeyd edək ki, Gürcüstan DİN-nin Strateji Boru Kəmərlərinin Mühafizəsi Departamenti Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənubi Qafqaz qaz kəməri, Supsa neft terminalı və onların infrastruktur obyektlərinin təhlükəsizliyini təmin edir.

AzNews.az