FETÖ-çülər Yunanıstana qaçmaq istədilər

28 İyul 2018 13:37 (UTC+04:00)

Aznews.az “Hürriyet”ə istinadən bildirir ki, Şimali Kipr Türk Respublikası polisinə daxil olmuş məlumat nəticəsində “qaçaqlar” dünən gecə saxlanılıblar.

Şübhəlilər səhər saatlarında Girne Qəza Məhkəməsinə çıxarılıblar. Məhkəmənin qərarına əsasən, onlar üç günlük həbs cəzasına məhkum ediliblər.

Qeyd edək ki, 45 nəfərdən 19-u kişi, 9-u qadın, 17-si isə uşaqdır. Onların arasında əsgər mənşəli şəxslərin olduğu da bildirilib.

Nurlan Ağa