Bakıda 10 manata görə hədələyən şəxs saxlanıldı

28 İyul 2018 14:23 (UTC+04:00)

Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, iyulun 27-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində naməlum şəxs Gədəbəy rayon sakini Tural Hüseynovu bıçaqla hədələyib 10 manat pulunu alıb.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Köşəbəyi Muradov saxlanılıb.