Dövlət komitəsinin sədri Cocuq Mərcanlıda

28 İyul 2018 15:25 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bütün bunlar barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin Cocuq Mərcanlı kəndində yerli sakinlərlə keçirdiyi görüşdə danışılıb.

Dövlət komitəsinin sədri uzun illər respublikanın müxtəlif yerlərində məcburi köçkün həyatı yaşadıqdan sonra kəndə köçmüş ailələrin məişəti, güzəranı, iş və əmək şəraiti ilə yaxından tanış olub, arzu və istəklərini öyrənib, müraciətlərini dinləyib.

Sakinlər Cocuq Mərcanlı kəndində görülən işlərə və yaradılan şəraitə eyni zamanda onlara göstərilən böyük diqqət və qayğıya görə prezident İlham Əliyevə və birinci vitse prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.