Hindistanda avtobus qəzası - 33 ölü

28 İyul 2018 17:31 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, qəza Raiqad qəsəbəsində baş verib.

Yerli Fəlakətlər üzrə Qurumun sözçüsü Anupam Srivastava bilidirib ki, avtobusda 34 sərnişin olub. Qəza nəticəsində isə 33 nəfər ölüb.

Avtobus Dapoli universitetinin əməkdaşlarını daşıyıb. Universitet əməkdaşlarının gəzintiyə çıxdıqları bildirilir.