Barselona baş məşqçisinə qovuşur

26 Mart 2013 12:42 (UTC+04:00)


Yanvar ayından bəri Nyu-Yorkda xərçəng xəstəliyindən müalicə alan Titonun yoxluğunda komandanı ikinci məşqçi Xordi Roura çalışdırırdı.


AzNews.az Barselonanın rəsmi internet saytına istinadən xəbər verir ki, son 2 aydı Nyu-Yorkda müalicə alan baş məşqçi artıq Barselonaya dönür.

Tito Vilanovanın gələr-gəlməz ilk La-Liqa oyununda komandanın başında olub-olmayacağı bilinmir.

Fərid
AzNews.az