31 mart “Azərbaycan Anım Günü” elan edildi
26 Mart 2013 13:42 (UTC+04:00)
Qərar ABŞ-dakı türk və azərbaycanlıların təmsil olunduğu təşkilatların "Pax Turcica" kanalı vasitəsi ilə başladıqları kampaniya nəticəsində qəbul edilib. Nyu-Cersi Ştat Assambleyasının sədri tərəfindən imzalanmış qərarı Assambleyanın üzvü, Demokratlar Partiyasının nümayəndəsi Tomas Qiblin Amerika Azərbaycan Cəmiyyətinin (ASA) sədri Tomris Azəriyə təqdim edib.
Qərarda 1918-ci ilin martında 20 min dinc azərbaycanlının öldürülməsi ilə nəticələnən hadisələrinin insanlıq tarixində ən çox qınanılası vəhşiliklərindən olduğu vurğulanır.
Qeyd edək ki, bundan əvvəl, 2012-ci ildə Nyu-York Senatı da analoji qərar qəbul edib və bu ştat ABŞ-da 31 mart - Azərbaycanlıların Soyqırımı Gününü tanıyan ilk ştat olub.
AzNews.az