Çavuşoğlu Pompeo arasında telefon danışığı

28 İyul 2018 20:48 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, danışıq Türkiyə XİN başçısının təşəbbüsü ilə baş tutub. Söhbətin təfərrüatları açıqlanmır.

Qeyd edək ki, Çavuşoğlu ilə Pompeo arasında bu, artıq ikinci telefon danışığıdı. İlk danışıq zamanı Çavuşoğlu Türkiyənin heç kimin təhdidinə boyun əyməyəcəyini açıqlamışdı.

Xatırladaq ki, amerikalı rahib Endryu Kreyq Bransonun azadlığa buraxılmayacağı halda, ABŞ tərəfi Türkiyəyə qarşı sanksiyalar tətbiq edə biləcəyini bəyan edib.