Misirdə beş siyasi fəal həbs edildi

26 Mart 2013 13:49 (UTC+04:00)
Ötən həftə Qahirədə baş vermiş toqquşma bu il Misirdə baş verən ən şiddətli qarşıdurmalardan hesab olunur. Xatırladaq ki, Misir bu ilin başlanğıcından onlarla ölümə və çoxlu yaralanmaya səbəb olan zorakı etiraz dalğası ilə sarsılmışdı.

Toqquşmanın nəticəsi olaraq Misirin baş prokuroru qarşudurmalar zamanı 5 aparıcı siyası fəalin həbs edilməsi haqqında qərar qəbul edib. Prokurorluğun verdiyi bəyanata görə fəallar insanlara qarşı zorakılıqda, mülkiyətin dağıdılmasında və Müsəlman Qardaşlarının qərargahının ətrafında baş verən etiraz aksiyaları zamanı sülhün pozulmasında ittiham edilirlər.

Məlumat üçün bildirək ki, fəalların həbsi Misir presidenti Morsinin milləti qorumaq üçün addımlar atacağı haqqında xəbərdarlığından bir gün sonra baş verib. Prezident Morsi zorakılığa qarışan istənilən siyasətçiyə qarşı lazımi ölçü götürüləcəyini demişdi. Bazar ertəsi həbs edilən beş fəaldan biri olan Alaa Abdel-Fattah isə 2011-ci ildə prezident Hüsni Mübarəkin hakimiyyətdən getməsində rol oynayan aparıcı bloggerlərdən biridir.

Şamxal
AzNews.az