Gürcüstanda azərbaycanlı heroinlə saxlanılıb

29 İyul 2018 13:08 (UTC+04:00)

APA-nın yerli bürosunun Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadla verdiyi xəbərə görə, saxlanılanlardan biri Qardabani rayonunun Ağtəhlə kənd sakini 1975-ci il təvəllüdlü M. B. adlı şəxsdir.

Onun üzərində axtarış zamanı 3 bağlama heroin aşkar olunub.

Digər şəxs isə Rustavidə yaxalanıb. 1982-ci il təvəllüdlü şəxsin üzərində axtarış zamanı 2 bağlama heroin müsadirə olunub.

Hər iki şəxs günahını etiraf edib. Onları 5 ildən 8 ilədək azadlıqdan mərhumetmə cəzası gözləyir.