Sumqayıtda 26 yaşlı gənc intihar edib

29 İyul 2018 14:53 (UTC+04:00)

Reportun verdiyi məlumata görə, hadisə şəhərin Səməd Vurğun küçəsində Ulduz abidəsini yaxınlığında baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 1992-ci il təvəllüdlü Cahangirov Asiman Cavadxan oğlu Ulduz abidəsinin arxasında olan ağaclıqda özünü kəndirlə asaraq öldürüb. Gəncin meyidi hüquq mühafisə orqanlarının əməkdaşları tərəfindən aşkar edilərək,aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.