Keçmiş məhkum 10 manatlıq cinayət törədib

29 İyul 2018 16:20 (UTC+04:00)

Publika.az xəbər verir ki, rayonun Bakıxanov qəsəbəsi ərazisində naməlum şəxs Gədəbəy rayon sakini Tural Hüseynovu bıçaqla hədələyib, onun 10 manat pulunu alıb.

13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Köşəbəyi Muradov saxlanılıb.