Hindistanda avtobus uçuruma düşüb, 32 nəfər ölüb

29 İyul 2018 16:49 (UTC+04:00)

APA-nın 3NHK telekanalına istinadən verdiyi məlumata görə, hadisə Maxaraştr ştatında baş verib.

Avtobus 150 metr hündürlükdən uçuruma düşüb. Nəticədə avtobusda olan 33 nəfərdən 32-i ölüb, 1-i ağır xəsarət alıb. Hadisə baş verən zaman hava yağışlı və dumanlı olub.

Avtobusun sərnişinləri istirahətə gedən yerli universitetin əməkdaşları olub.