6 aylıq neft hasilatımız nə qədərdir?

29 İyul 2018 18:55 (UTC+04:00)

SOCAR-dan AzNews-a verilən məlumata görə, 6 ay ərzində SOCAR üzrə 3,7 milyon ton neft 3,2 mlrd. kub metr qaz hasil olunub.

Ölkə üzrə 2018-ci ilin altı ayı ərzində ümumilikdə 19,38 mln. ton neft, 14,36 mlrd. kub metr qaz hasil edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatında 1,2%, qaz hasilatında isə 3,1% artım təşkil edib.