Meşə yanğınları 91 nəfərin ölümünə səbəb oldu

29 İyul 2018 21:51 (UTC+04:00)

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Yunanıstan hökumətini nümayəndəsi bildirib.

Faciə ilə əlaqədar ölkədə 3 günlük matəm elan edilib. Paytaxt Afinanın da daxil olduğu Attika bölgəsində fövqəladə vəziyyət elan edilib.

Yunanıstanın mülki müdafiə naziri Nikos Toskas yanğının qəsdən törədilməsini istisna etməyib.