Öldürən şəxsin kimliyi bəlli oldu

26 Mart 2013 14:10 (UTC+04:00)
AzNews.az-ın xəbər verdiyi kimi, martın 18-də Tovuz şəhərində qətl baş vermişdi. "Nəsimi" ticarət mərkəzinin valyutadəyişmə məntəqəsində işləyən Aşağı Öysüzlü kənd sakini Sahib Cəfərova maska taxmış naməlum şəxs tərəfindən odlu silahdan atəş açılmışdı.Qeyd edək ki,mərhum idarə etdiyi "Kia" markalı avtomaşını dayanacaqda saxlayıb, iş yerinə gedərkən sağ bud nahiyəsindən güllələnmişdi. Aldığı xəsarətdən sonra S.Cəfərov qanaxmadan hadisə yerindəcə vəfat etmişdi. Hadisə ilə bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılırdı. Araşdırmalar öz nəticəsini verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Samir Cəfərovun əvvəllər məhkum olunmuş Vahid Qasımov tərəfindən qətlə yetirilməsi müəyyən edilib.

AzNews.az