Novruz Məmmədov onu xilas etdi

30 İyul 2018 10:24 (UTC+04:00)

AzNews.az musavat.com-a istinadən xəbər verir ki, həmin şəxs həyat yoldaşının ondan boşanmaq istəməsinə etiraz olaraq intihar etmək istəyirmiş.

Bu zaman baş nazir Novruz Məmmədov Heydər Əliyev prospektində xidməti maşınında hərəkətdə olub. Baş nazir avtomobilini saxlatdıraraq hadisə ilə maraqlanıb.

İntihar edən şəxslə baş nazir arasında telefon danışığı olub və baş nazir həmin şəxsi fikrindən daşındırıb. Daha sonra hadisə yerinə intihara cəhd edən şəxsin xanımı da dəvət edilib.