Meşə yanğını bu ölkədən də yan keçmədi

30 İyul 2018 11:25 (UTC+04:00)

Trend-in məlumatına görə, meşə ərazisində yerləşən Manilva yaşayış məntəqəsində yanğın səbəbindən təxminən 400 adam təxliyə edilib.

Regional fövqəladə xidmətin verdiyi məlumata görə, yanğın səbəbindən əsas avtomagistrallardan birində hərəkət də dayandırılıb.

Yanğının qarşısının alınmasına vertolyotlar da cəlb olunub. Hazırda vəziyyətin nəzarət altında olduğu bildirilir.

AzNews.az