Hindistandan 4 milyon insan qovula bilər

30 İyul 2018 12:25 (UTC+04:00)

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, yenilənmiş qeydiyyat siyahıları ştatda bu qədər çox insanın yaşayışının qanuni olub-olmaması məsələsini araşdırmaqla bağlıdır. Siyahıların yenilənməsi ilk dəfə 1951-ci ildə qonşu Banqladeşdən qanunsuz miqrant axını yaşadıqdan sonra baş tutub.

Yerli hökumət orqanları Assam sakinlərini təşvişə düşməməyə çağırıb və siyahının yalnız ilkin xarakter daşıdığını, başqa sözlə, adı siyahıda olmayan şəxslərin bu mərhələdə həbs və ya deportasiya edilə bilməyəcəyini deyib.

AzNews.az