Onlara kompensasiya ödəniləcək - Bu gündən

30 İyul 2018 13:33 (UTC+04:00)

APA-nın yerli bürosu Gürcüstanın Əmanətlərin Sığortalanması Agentliyinə istinadla xəbər verir ki, agentlik tərəfindən ödəniləcək maksimal məbləğ 5 min lari (2 042 dollar) təşkil edir.

Sığortalanmış depozitləri “Liberty Bank”ın istənilən filialından almaq mümkün olacaq.

Əmanətlərin Sığortalanması Agentliyindən bildirilib ki, “ABB – Gürcüstan”ın 34 əmanətçisinin sığortalanmış əmanəti ödəniləcək. Əmanətçilərin əksəriyyəti Azərbaycan, İran və Türkiyə, 9-u isə Gürcüstan vətəndaşıdır. Əmanətçilərə ödəniləcək məbləğin ümumi həcmi 10 200 lariyə (4 168 dollar) yaxındır.

Qeyd edək ki, ABB-nin Gürcüstan filialı 2007-ci ildən fəaliyyət göstərib. Bu ilin martında ABB Gürcüstan və Rusiya bazarlarını tərk etmək barədə qərar qəbul edib.

AzNews.az