Sosial mənzil almaq istəyənlərin nəzərinə...

30 İyul 2018 14:06 (UTC+04:00)

Bu isə o deməkdir ki, yaxın zamanda artıq sosial mənzillərin yenidən satışını həyata keçirmək mümkündür.

Bu barədə AzNews.az-a danışan iqtisadçı Vüqar Bayramov deyib ki, mənzillərə müraciət mexanizmi və qiymətlər dəyişməyib:

“Belə ki, yenə də ilk seçim edənlər mənzilə sahib olacaq. Qiymətlərə gəldikdə isə ƏDV daxil olmaqla 1 otaqlı mənzillərin qiyməti- 29 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti – 47 282 manatdan, 3 otaqlı mənzillərin qiyməti – 65 626 manatdan başlayacaq. Sosial ipoteka krediti hesabına mənzilləri alan zaman aylıq ödənişlər 1 otaqlı mənzil üçün 129-136 manat, 2 otaqlı mənzil üçün 203-236 manat, 3 otaqlı mənzillər üçün isə 282-288 manat olacaq”.

Ekspert bildirib ki, xarici perimetr üzrə 1 otaqlı mənzillər təxminən 40 kv. metr, 2 otaqlı mənzillər 70 kv metrədək, 3 otaqlı mənzillər isə 84 kv metrədək olacaq:

“Orta hesabla bir kvadratmetr mənzilin qiyməti 748 manatdır. Mənzillər təmirlidir və mətbəx mebeli ilə təmin ediliblər. Mənzillər mərhələli şəkildə satışa çıxarılacaq. Bütövlükdə, Yasamalda 2 minə yaxın sosial mənzilin satışı nəzərdə tutulub”.