Dağlarda yanğın davam edir - Yenilənib

30 İyul 2018 17:56 (UTC+04:00)

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, mürəkkəb relyefli yüksək dağ massivində aparılan yanğınsöndürmə işlərinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər cəlb edilib.

İlkin məlumata görə, qeyd olunan ərazidə quru ot və kol-kos yanır. Əlavə məlumat veriləcək.

***
14:50

Quba rayonun dağlıq ərazilərində yanğın başlayıb.

Quba Fövqəladə Hallar Komissiyasından APA-nın yerli bürosuna verilən məlumata görə, Çiçi və Zərqova kəndlərində qeydə alınan yanğının söndürülməsi üçün əraziyə Quba Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi ilə bərabər yerli sakinlər də cəlb olunub.

Hazırda yanğının söndürülməsi üçün işlər davam etdirilir.

AzNews.az