“Bravo Supermarket” xərcə düşdü

30 İyul 2018 15:04 (UTC+04:00)

“Report” xəbər verir ki, supermarketlər şəbəkəsinin cərimələnməsinə səbəb kimi ekoloji qanunvericiliyin pozulması göstərilib.

Məlumata görə, “Azərbaycan Supermarket” MMC İnzibati Xətalar Məcəlləsinin 275.2-ci (Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə) maddəsilə 2500 manat məbləğində cərimələnib.

MMC cərimənin silinməsi üçün məhkəməyə müraciət edib, lakin şirkətin iddiası təmin olunmayıb.

AzNews.az