İraq nefti Türkiyə ərazisindən nəql ediləcək

30 İyul 2018 16:11 (UTC+04:00)

Norveçin DNO neft və qaz şirkəti tərəfindən qazılan yeni quyular Türkiyənin Şırnak və Silopi rayonları ilə sərhəddə yerləşir.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, hazırda Peşhabur bölgəsindəki neft quyularından gündəlik 35 min barel neft hasil olunur. Məlumatda bildirilir ki, İraq mərkəzi hökumətinin qərarı ilə inşası nəzərdə tutulan 350 kilometrlik yeni neft boru xətti Səlahəddin vilayətindən başlayaraq Kərkük, Mosul və Peşhabur bölgələrini keçməklə Türkiyə ərazisinə çatacaq.

AzNews.az