Britaniyalı nazir gülünc vəziyyətə düşdü

30 İyul 2018 16:56 (UTC+04:00)

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilis nazir Çinin xarici işlər naziri Wang Yi ilə görüşü zamanı “arvadım da yapondur” ifadəsini işlədib.

Çində səfəri zamanı nazir Yi tərəfindən qarşılanan Hant birlikdə mətbuat konfransı keçiriblər.

Konfrans zamanı Çinə ilk dəfə 19 yaşında gəldiyini xatırladan nazir bu ölkənin mədəniyyəti ilə yaxından tanış olduğunu bildirib. Çin mədəniyyəti ilə əlaqələrinin daha dərin olduğunu söyləməyə çalışan nazir səhvən “Arvadım da yapondur” ifadəsini işlədib.

Daha sonra dərhal səhvini düzəldərək “bu ediləcək ən böyük səhv idi” ifadəsi ilə Hant insanların qəhqəhəyə boğulmasına səbəb olub.

“Arvadım da çinlidir. Uşaqlarım da yarı çinlidir. Yoldaşımın Xi'anda yaşayan ailəsi ilə də güclü əlaqələrimiz var” – Hant sonra səhvini düzəldib.

Qeyd edək ki, nazirlər Britaniya və Çin arasında Britaniyanın AB-dən çıxmasından sonra iki ölkə arasında imzalanacaq sərbəst ticarət müqaviləsini müzakirə ediblər.

AzNews.az