Məhərrəm İnce CHP lideri olur?

30 İyul 2018 17:28 (UTC+04:00)

Trend-in məlumatına görə, qurultay yaxın 45 gün ərzində təşkil ediləcək.

Növbədənkənar qurultay keçirilməsinin lehinə partiyanın 625 üzvü səs verib.

Qeyd edək ki, Türkiyədə iyunun 24-də keçirilən parlament və prezident seçkilərindən sonra CHP-nin bir sıra üzvləri partiyanın lideri Kamal Kılıçdaroğlunu uğursuz siyasətdə günahlandırmış və ondan seçkilərdə prezidentliyə namizəd olmuş Məhərrəm İncenin xeyrinə vəzifəsini tərk etməyi tələb etmişdilər.

AzNews.az