Prezident Əqli Mülkiyyət Təşkilatı ilə Anlaşma Memorandumunu təsdiq edib

30 İyul 2018 19:20 (UTC+04:00)

Azərbaycan Respublikası Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında Anlaşma Memorandumu 2018-ci il iyunun 5-də Bakı şəhərində imzalanıb.

Fərmanda qeyd edilir ki, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.

Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına bildiriş göndərməlidir.

AzNews.az