Qoşunlarda yeni tədris dövrü başlayıb - Foto

30 İyul 2018 20:19 (UTC+04:00)

Müdafiə Nazirliyindən AzNews-a verilən məlumata görə, bütün hərbi hissələrdə keçirilən yığıncaqlarda tədris dövrünün əsas məqsəd və vəzifələri, eləcə də onların icra qaydaları şəxsi heyətə çatdırılıb.

Yeni tədris dövrünün başlanması ilə əlaqədar təşkil olunmuş tədbirlərdə müdafiə nazirinin əmr və tələbləri, tədris proqramları, silah və texnikanın effektiv istifadəsi, təhlükəsizlik qaydalarına riayət olunmasının əsas vəzifə və tapşırıqları, həmçinin bütövlükdə tədris prosesinin düzgün təşkili üzrə digər məsələlər şəxsi heyətə çatdırılıb.

Dərslərin ilk günü eyni zamanda şəxsi heyətin həyəcan siqnalı üzrə davranışı, döyüş heyətlərinin dəqiqləşdirilməsi, eləcə də şəxsi heyətin sutkanın gecə və gündüz vaxtlarında bölmələr tərkibində məşqləri ilə başlayıb.