Şəmkirdə ağır yol qəzası: ölən və yaralananlar var

30 İyul 2018 22:08 (UTC+04:00)

APA-nın verdiyi məlumata görə, Şəmkir rayonu ərazisində hərəkətdə olan “VAZ 21011”-lə başqa bir avtomobilin toqquşması nəticəsində 1 qadın ölüb, 2 kişi, 1 qadın və 1 yeniyetmə isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatları müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.