Trampın Fələstinin işğalına hazırlaşır

30 İyul 2018 22:45 (UTC+04:00)

Publika.az xəbər verir ki, Trampın Fələstin-İsrail münaqişəsinin həlli üçün “Yüz ilin anlaşması” adı ilə yeni plan hazırlayır.

Bu plan hələlik açıqlanmasa da, müəyyən detalları mediaya sızıb. İddialara görə, “Yüz ilin anlaşması” planında Fələstin tərəfinə ağır şərtlər irəli sürüləcək, İsrailə isə dəstək veriləcək.

Planda “Qüdsün bütövlükdə İsrailin paytaxtı olması, Qərbi Şeriada yəhudi düşərgələrinin boşaldılmaması” kimi maddələr yer alır.

Türkiyənin “Yeni Şafak” saytı Trampın bu planının əslində Fələstində “yüz ilin işğalına” hazırlaşmaq olduğunu yazıb.

“ABŞ prezidenti Donald Trampın Fələstin siyasətinə istiqamət verən şəxslərin çoxunun yəhudi olması diqqət çəkir. Bu şəxslərdən birincisi kürəkəni və baş məsləhətçisi Cared Kuşnerdir. 36 yaşlı Kuşnerin heç bir diplomatik təcrübəsi yoxdur. Lakin Tramp onun haqqında “Cared çox yaxşı uşaqdır, İsraillə heç kimin bacarmadığı razılaşmanı bağlayacaq” deyə bildirib. Trampın Fələstin siyasətinə istiqamət verən digər şəxs isə ABŞ-ın İsraildəki səfiri David Friedmandır. Yəhudi ailəsində doğulan Friedman səfirliyin Qüdsə köçürülməsində böyük rol oynayıb”,- deyə sayt qeyd edir.