İŞİD turistlərə hücuma görə məsuliyyəti öz üzərinə götürüb

30 İyul 2018 23:59 (UTC+04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, iyulun 29-da Hatlon vilayətində avtomobil qəsdən 4 velosipedçini vuraraq öldürüb. Onlardan 2-si ABŞ, 1-i İsveçrə, daha 1-i isə Niderland vətəndaşı olub. Daha 3 əcnəbi xəsarət alıb.

Bu gün turistlərə hücumda iştirak edən 3 nəfər polisə silahlı müqavimət göstərərkən məhv edilib. Həmçinin, hadisə ilə əlaqədar daha bir neçə nəfər saxlanılıb.