Quşçuluq fermasında yanğın: 3210 quş tələf olub

26 Mart 2013 15:23 (UTC+04:00)


Göyçay Rayon Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 12:00 radələrində Göyçayın Mirzəhüseynli kəndində qeydə alınıb. Sahibkar Qurbanov Nəsrəddin Nəsir oğluna məxsus ümumi sahəsi 1500 kvadratmetr olan quşçuluq fermasında baş verən yanğının söndürülməsi üçün əraziyə 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

Fermanın 560 kvadratmetrlik hissəsi yanıb, hadisə zamanı 3210 toyuq yanaraq tələf olub, 6790 baş quş yanğından xilas edilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

AzNews.az