Avropada ilk dəfə aeroportda...

31 İyul 2018 09:47 (UTC+04:00)

AZƏRTAC “ixbt.com” saytına istinadla xəbər verir ki, bundan əvvəl “MorphoFace” sistemi Yeni Zelandiya və Sinqapurun Çanqi aeroportunun yeni “T4” terminalında uğurla tətbiq edilib. Sistem həmin aeroportlarda reysləri avtomatik qeydə almağa xidmət edir. Avropada ilk dəfə Oslo aeroportu “MorphoFace” adlı sifətin tanınması sistemi ilə təchiz edilib.

Yeni sistem Oslo aeroportunda sərhəd nəzarət məntəqələrinin buraxılış qabiliyyətini artıraraq köhnə infrastrukturu əvəz edəcək.

“IDEMIA” şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış texnologiya hərəkətdə olan sifətin təsvirini ələ keçirərək onu tanıyır.

AzNews.az