Əfqanıstanda növbəti terror - 8 nəfər öldü

31 İyul 2018 10:22 (UTC+04:00)

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayış Fərəh əyalətində nəqliyyat vasitələrinin yaxınlığında baş verib.

Məlumata görə, sərnişinlə dolu avtobus minaya düşüb. Hadisə 8 nəfərin həyatına son qoyub, 40 nəfər isə xəsarət alıb. İnsidenti heç bir terror qruplaşması üzərinə götürməyib.

AzNews.az