“Caspian Plaza”da yanğın

31 İyul 2018 11:52 (UTC+04:00)

APA-nın xəbərinə görə, "Caspian Plaza" biznes mərkəzinin 8-ci mərtəbəsində yerləşən elektrik şitində yanğınla müşahidə edilən tüstülənmə olub. Hadisə yerində Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Həyata keçirilən tədbirlərlə yanğının qarşısı alınıb.

AzNews.az