221 milyon dolların sahibi oldu

26 Mart 2013 15:38 (UTC+04:00)



Amerikada uzun müddət anonsları gedən lotoreyanın qalibi nəhayət ki, dünən bəlli olub. Belə ki, 44 yaşlı Pedro Kezada 221 milyonluq cekpotun sahibi olub. Jurnalistlərə müsahibə verən Kezada udduğu məbləği ilk növbədə özü və ailəsinə xərcləyəcəyini bildirib. Onu sözlərinə görə, bütün ehtiyaclarını ödədikdən sonra onun 150 milyon dolları qalacaq. "150 milyonu hara xərcləyim barədə düşünmürəm, çünki indi çox xoşbəxtəm və belə şeylər düşünmək istəmirəm",-deyə bildirib.

Aynur Hüseynova
AzNews.az