Bu heyvanların sayı kəskin şəkildə azalıb

31 İyul 2018 13:38 (UTC+04:00)

AZƏRTAC “Anadolu” agentliyinə istinadla xəbər verir ki, "Antarctic Science" jurnalında dərc olunan araşdırmanın nəticələrinə görə, Hind okeanının cənubunda Fransaya aid “Cochons” adasında yaşayan dünyanın ən böyük kral pinqvinlərinin sayı 1980-ci illərdən indiyə kimi 88 faiz azalıb.

Adada 2015-2017-ci illərdə havadan və peykdən aparılan monitorinqlərdə 60 min pinqvin cütlüyünün mövcudluğu aşkar edilib. 1980-ci illərdə keçirilən başqa bir tədqiqatda isə təxminən 500 min pinqvin cütlüyünə rast gəlindiyi bildirilib.

AzNews.az