“Çipras bütün Yunanıstanı yandırmağa hazırdır - səbəbkarlar: Ərdoğanla Putin”

31 İyul 2018 14:03 (UTC+04:00)

Aznews.az “Anadolu Ajansı”na istinadən bildirir ki, Yunanıstanın “Eleftheri Ora” qəzeti “bəlkə də, Amerika bu qətliamı Türkiyəni “dost” olduğu Rusiyadan aldığı texnologiya ilə quldur adlandırmaq üçün təşkil edib” – deyə, yazıb.

Yunanıstanın paytaxı Afinanın yaxınlığında baş vermiş, 91 nəfərin həyatını itirdiyi və 25 nəfərin itkin düşdüyü yanğınla bağlı olaraq “Eleftheri Ora” qəzetinin manşetlərindən birində “Çipras bütün Yunanıstanı yandırmağa hazırdır – səbəbkarlar: Ərdoğanla Putin” sərlövhəsi ilə yayımlanmış xəbərdə yazılır ki, türk agentləri rus texnologiyasından istifadə edərək 8 əsgərin gizləndiyi Mati zonasını yandırdığı ilə bağlı ssenarilər yayır.
Qəzetin başqa bir xəbərində isə Türkiyə və onun prezidenti Ərdoğanın Rusiya ilə yaxınlaşmasının ABŞ və NATO-nu narahat etdiyi və bunun ABŞ tərəfindən həyata keçirildiyi bildirilib.

Həmçinin “Attikanea” saytındakı bir məqalədə ABŞ-ın lazer peykləri ilə MASERS şüalarından istifadə edərək yanğın törətdiyi qeyd edilib. Bununla yanaşı, “Megas Filippos” saytı da yanğın zonasında maşınların şüşələrinin əriməsinə əsaslanaraq, bunun ABŞ-ın sahib olduğu DEW tipli enerji silahı ilə həyata keçirilə biləcəyini iddia edib.

Nurlan Ağa