“Nəqliyyatçıların maaşı artmalıdır” - Deputat

31 İyul 2018 14:54 (UTC+04:00)

Tarif Şurasının nəqliyyat vəstələrinə olan qiymət artımı ilə bağlı deputat Rüfət Quliyev Aznews.az-a açıqlama verib:

“Bazar iqtisadiyyatında qiymət artımı qaçılmaz bir vəziyyətdir və düşünürəm ki, bu hal məcuri alındı. Burada bir neçə səbəb var. Ən birinci səbəb kimi nəqliyyat sektorunda işləyən insanların maaşının artırılmasıdır. Bundan əlavə dövlət investisiyalar ayırır, hansı ki, həmin vəsaitə yeni avtobuslar alınır, metrostansiyalar açılır, nəqliyyatda servisin keyfiyyəti artır, dövlət də büdcədən oradakı xərcləri bağlaya bilmir.

Digər ölkələrlə müqayisədə Azərbaycanda nəqliyyat vasitələrinin qiymətləri nisbətən aşağıdır. Əlbəttə ki, biz bunu böyük dövlətlərlə müqayisə edə bilmərik. Bəzi ekspertlər yazırlar ki, onlarda maaş yüksəkdir. Bunu diskusiya səviyyəsinə qaldırırlar. Biz bu artımı ancaq MDB ölkələri ilə müqayisə edə bilərik. Düşünürəm ki, həmin dövlətlərə nisbətdə Azərbaycanda qiymətlər qənaətbəxşdir.

Elə bir ölkə tanımıram ki, orada hansısa bir sahədə qiymət artımı olanda cəmiyyət tərəfindən normal qarşılansın. Hesab edirəm ki, bazar iqtisadiyyatıdı, infilyasiya prosesi gedir. Dövlət də çalışır infilyasiyanı aradan qaldırsın”.

Qeyd edək ki, hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat, avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manat, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə tarif isə Rusiyada 5,2-9,2 qəpik/km, Gürcüstanda 4,2-7,5 qəpik/km, Türkiyədə 4,9-8,0 qəpik/km təşkil edir.

Səidə Nurməmmədli