Avropa Komissiyası TANAP-a qrant ayırdı - 5 milyon avro

31 İyul 2018 15:27 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, bu barədə TANAP məlumat yayıb.

Bildirilib ki, qrant Avropa Komissiyasının enerji layihələrini dəstəkləyən CEF (Connecting Europe Facility) Enerji Proqramı çərçivəsində təmin edilib. Avropa İttifaqına üzv ölkələr bir sıra layihələrə 48,4 milyon avro dəyərində investisiya qoymağı qərara alıb. TANAP-da bu layihələr içərisində yer alan iki qaz layihəsindən biridir.

AzNews.az