Yaponiya silkələndi

31 İyul 2018 15:39 (UTC+04:00)

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, yeraltı təkanlar 2011-ci ildə atom qəzasının baş verdiyi “Fukusima-1” atom elektrik stansiyasında da hiss olunub.

Yaponiya Meteorologiya Agentliyinin məlumatına əsasən, zəlzələnin episentri Fukuşima prefekturasının sahillərində, ocağı 20 kilometr dərinlikdə yerləşib.

Zəlzələ paytaxt Tokioda hiss olunmayıb, sunami təhlükəsi elan edilməyib. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

AzNews.az