Gürcüstan prezidentini seçir - Tarix açıqlandı

31 İyul 2018 16:07 (UTC+04:00)

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın İctimai Televiziyası məlumat yayıb.

Bildirilib ki, Gürcüstan prezidenti və hökumət administarasiyaları seçkinin oktyabrın 28-də keçirilməsi barədə razılığa gəliblər.

Gürcüstan Konstitusiyasına əsasən, növbəti prezident seçkisinin keçirilməsinə 60 gün qalmış, baş nazir bu siyasi kampaniyanın tarixni açıqlamalıdır. Bu dəfə Gürcüstan prezidenti ümumxalq səsverməsi yolu ilə 6 il müddətinə seçiləcək. Bir nəfər iki dəfədən artıq bu postu tuta bilməz. 2010-cu ilin oktyabrında qəbul edilən konstitusiyaya əsasən, prezidentin səlahiyyətləri parlament və baş nazirin xeyirinə azaldılıb. Gürcüstan parlament idarəetmə üsuluna keçib.

AzNews.az