Şimali və Cənubi Koreya arasında yeni razılıq

31 İyul 2018 16:12 (UTC+04:00)

Modern.az Yonhap agentliyinə istinadən xəbər verir ki, yaxın zamanlarda iki ölkə arasındakı mühafizə postlarının ləğv edildiyi müvəqqəti rejim tətbiq edilə bilər.

Tərəflər həmçinin iki ölkə arasındakı demilitarizasiya zonasındakı ölən əsgərlərin qalıqlarının öyrənilməsi üçün ümumi razılıq əldə ediblər.

Postların ləğv edilməsi ölkələr arasındakı sərhəd xəttlərini formal şəklə gətirəcək.

Xatırladaq ki, Koreya respublikası bu ərazidə 60, Şimali Koreya isə 160 mühafizə postu saxlayır.

Qeyd edək ki, iyunun 14-də son ol ildə ilk dəfə olaraq hər iki tərəf generallar səviyyəsində danışıqlara getməyi qərara alıb.

AzNews.az