Milyardların azərbaycanlı varisləri-FOTOLAR

26 Mart 2013 16:04 (UTC+04:00)


Rusiyanın "Dojd" telekanalının ekspertləri "Qızıl uşaqlar. Rusiya milyardlarının varisləri TOP-10" üzrə reytinq tərtib edib. Maraqlıdır ki, siyahıda həmyerlilərimiz də yer alıb.

1. Arkadi Abramoviç (19 yaş) – "Çelsi" futbol klubunun sahibi, Rusiyanın ən məşhur milyarderi Roman Abramoviçin oğlu.
2. Kira Plastinina – "Vimm-Bill- Dann" şirkətinin aksioneri Sergey Plastininin qızı.
3. Vyaçeslav Mirilaşvili (28 yaş) – "VKontakte" sosial şəbəkəsinin aksionerlərindən biri, gürcü iş adamı Mixail Mirilaşvilinin oğlu.
4. Tatyana və Feliks Yevtuşenkolar – "Sistema" şirkətinin direktoru Vladimir Yevtuşenkonun övladları.
5. İvan Potanin (25 yaş) – milyarder Vladimir Potaninin oğlu.
6. Emin Ağalarov (33 yaş) - "Krokus" şirkətinin yaradıcısı Araz Ağalarovun oğlu.
7. Yusif Ələkbərov (23 yaş) - "Lukoyl"un prezidenti Vahid Ələkbərovun oğlu.
8. Yekaterina Rıbolovleva (23 yaş) - Rusiyanın tanınmış milyarderi Dmitri Rıbolovlevin qızı.
9. Sərxan və Ələkbər İsmayılov qardaşları - yəhudi əsilli azərbaycanlı milyarder, "AST" şirkətlər qrupunun prezidenti Telman İsmayılovun oğlanları.
10. Anna Anisimova (27 yaş) - "Koalko" şirkətinin və "Kristal" zavodunun rəhbəri Vasili Anisimovun qızı. (anspress)

AzNews.az