“Dini radikalizm harada savadsızlıq varsa orada özünə yer tapır” - Mövqe

31 İyul 2018 17:45 (UTC+04:00)

Məsələ ilə bağlı SİA-ya açıqlama verən APA TV-nin baş direktoru Cavid İsmayıl deyib ki, ümumiyyətlə, sosial şəbəkələr XXI əsrin çağırışçılarından biridir: “Həyatımızı artıq sosial şəbəkələrsiz təsəvvür etmək mümkün deyil. Biz bir çox ölkələrin təcrübəsindən görmüşük ki, sosial şəbəkələri bağlamaq da çıxış yolu deyil. Ən doğru çıxış yolu və ən doğru yol bu sosial şəbəkələri ağılla idarə etməyə çalışmaqdır. Bu da nədən ibarətdir. Təbii ki, insanların cahilliyindən istifadə etməyə çalışan qruplar, xüsusən də müxtəlif dini radikal təriqətlər onlardan öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Ona görə də bizim qarşımızda duran əsas vəzifə bu cür radikal çağırışlara uymayacaq bilgili, informasiyalı XXI əsrin birgə insanlarını yetişdirməkdən ibarət olmalıdır. Dini radikalizm harada cahilliyət, savadsızlıq varsa orada özünə yer tapır. Ona görə də biz insanlarımızı bilgiləndirməyə, maarifləndirməyə çalışmalıyıq”.

AzNews.az