İlham Əliyev Benin dövlət başçısını təbrik edib

31 İyul 2018 19:50 (UTC+04:00)

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Benin Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və tərəqqi arzulayıram".